Arasdirma.info

Polis sərt karantin qaydaları pozulan məşhur hoteldə əməliyyat keçirir

5-07-2020, 16:09

Polis sərt karantin qaydaları pozulan məşhur hoteldə əməliyyat keçirir
Bakının məşhur hotellərindən biri karantin qaydalarını pozub.

İyulun 2-dən Nazirlər Kabineti Yanında operativ qərargah tərəfindən bəzi şəhər və rayonlarda xüsusi karantin rejimi iyulun 20-dək uzadılsa da, “Fairmont Baku” hoteli qaydalara əməl etməyib.

Arasdırma.info Hotel həftə sonunu “Fairmont Baku”da keçirmək üçün vətəndaşlara çağırış edib. Yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, iyulun 2-də operativ qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say beşə endirilib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN