Son dəqiqə: Azərsu ASC -nin əməkdaşı iş başında həlak oldu.

Oxunma sayı: 603
29-07-2020, 15:41

Son dəqiqə: Azərsu ASC -nin əməkdaşı iş başında həlak oldu.
Bir neçə saat əvvəl Azərsu ASC- nin Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşı Suraxanı rayonu ərazisində qəza bərpa işləri zamanı ehtiyyatsızlıqdan həlak olub.
Arasdırma.info xəbər verir ki,bu barədə redasiyamıza hadisənin şahidləri məlumat verib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1962-ci il təvəllüdlü Paşayev Zakir Yasin oğlu dərinliyi təxminən 2,5 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, torpaq uçqunu altında aşkarlanan Z.Paşayevin meyiti çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş
Xəbər lentİ