Arasdirma.info

Dayısı və qardaşı tərəfindən dəfələrlə zorlandı, hamilə olduğunu öyrənəndə… — DƏHŞƏTLİ HADİSƏ

13-08-2020, 06:31

Dayısı və qardaşı tərəfindən dəfələrlə zorlandı, hamilə olduğunu öyrənəndə… — DƏHŞƏTLİ HADİSƏ
Türkiyənin Şanlıurfa vilayətində dəhşətli zorakılıq hadisəsi olub.
Arasdırma.info publika.az-a istinadən xəbər verir ki, 14 yaşlı A.B. dayısı və böyük qardaşının cinsi təcavüzünə məruz qalıb.
Qarın ağrısı ilə Siverek Dövlət Xəstəxanasına valideynləri tərəfindən aparılan A.B. orada hamilə olduğunu öyrənib. Polisə ifadəsində dayısı M.İ. və qardaşı M.B. tərəfindən dəfələrlə təcavüzə uğradığını söyləyib. Lakin DNT testində onların heç biri körpənin atası çıxmayıb.
İttiham olunanlar məhkəmədə təcavüz iddialarını qəbul edib. Dayı M.İ. bacısıqızını onunla birlikdə olmağa zorladığını deyib. M.B. də dayısına bənzər ifadə verib. Məhkəmə iclasında isə M.B. ifadəsini dəyişdirib və iddiaları təkzib edib.
A.B.-nin anası S.B. qardaşından şikayətçi olduğunu, oğlundan isə olmadığını bildirib.
Təcavüzə məruz qalan A.B. məhkəmə proseslərində dayısı və qardaşından şikayətçi olmadığını dilə gətirib: “Çünki onlar cəza alsalar, həbsxanadan çıxanda məni döyəcəklər. Mən ailəmə təslim edilmək istəyirəm”.
Siverek 1-ci Ağır Cəza Məhkəməsi cinayətkarlara azyaşlının cinsi istismarı maddəsi ilə 24 il həbs cəzası verib.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN