Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı - YENİLƏNİB

Oxunma sayı: 697
10-02-2019, 05:57

Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı - YENİLƏNİB
Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri yalandır.

Araşdırma.info xəbər verir ki, bu barədə BakuPost-a Gəncə Beynəlxalq Xəstəxanasından məlumat verilib. Bildirilib ki, sabiq nazir ümumiyyətlə bu günlərdə Gəncə xəstəxanasında olmayıb.

"Dünən bizim xəstəxanada Məmmədov soyadlı vəzifəli şəxs rəhmətə gedib. Lakin o, Fazil Məmmədov deyil. Ola bilər ki, onunla qarışıq salıblar”.

BakuPost dəqiqləşdirib ki, sabiq nazir bu günlərdə Gəncəyə getməyib. Hazırda Bakıda, evindədir.

***

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişib.

Arasdırma.info xəbər verir ki, bu barədə Baku.ws-ə Məmmədova yaxın şəxslər məlumat verib. Məlumata görə, keçmiş nazir Gəncədəki klinikaların birində qara ciyər serrozundan rəhmətə gedib.

Aldığımız məlumata görə, Fazil Məmmədov Şəmkir rayonunda yaxınlarının yanında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Paylaş
Xəbər lentİ