Azərbaycanda dəhşətli qəza: yaralı sayı 42-yə çatdı - Foto

Oxunma sayı: 612
22-02-2019, 09:07

Azərbaycanda dəhşətli qəza: yaralı sayı 42-yə çatdı - Foto
Sumayıt şəhərində sərnişin avtobusu yaşayış binasına çırpılıb.

Arasdirma.info Azərtac-a istinadən xəbər verir ki, şəhərin Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Yaralılar var.

***

Sumqayıtda Sumqayıt şəhəri - H.Zeynalabdin qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərin 12-si evə buraxılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 19 nəfər müalicəsini davam etdirir:

"Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib.

Qalan yaralılara isə hazırda tibbi yardım göstərilir, onlardan bəziləri evə buraxıla bilər. Ümumilikdə is xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir".

***

Paylaş
Xəbər lentİ