Qadın özünü Neyrocərrahiyyə xəstəxananın pəncərəsindən atdı

Oxunma sayı: 301
26-01-2021, 03:44

Qadın özünü Neyrocərrahiyyə xəstəxananın pəncərəsindən atdı

Bakıda xəstəxanada müalicə alan qadın intihara cəhd edib.
Hadisə Xətai rayon ərazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin balkonundan atıb. Qadının vəziyyəti ağırdır.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. //Report

Paylaş
Xəbər lentİ