Millimizdə yeni baş məşqçi təyinatı - FOTO

Oxunma sayı: 456
26-11-2019, 19:26

Millimizdə yeni baş məşqçi təyinatı - FOTO
Azərbaycanın pauerliftinq milli komandasında yeni baş məşqçi təyinatı olub.

Arasdırma.infonun xəbərinə görə, bu, əməkdar məşqçi Azər Mustafayevdir.

Onun ilk ciddi sınağı 4-8 dekabr tarixlərində keçiriləcək WRPF, WEPF, WAF və WSF-in birgə keçirdiyi sayca beşinci dünya çempionatında olacaq. Həmin dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.



Qeyd edək ki, əvvəl baş məşqçi statusunda Şəmsi Bayramov gedirdisə, onun təyinatı qeyri-rəsmi xarakter daşıyırdı.

Bundan başqa, Hafiz Verdiyev Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin köməkçisi təyin olunub.apa

Paylaş
Xəbər lentİ