AFFA "Neftçi" və "Zirə"ni cərimələyib

Oxunma sayı: 507
25-12-2019, 14:51

AFFA "Neftçi" və "Zirə"ni cərimələyib
AFFA İntizam Komitəsi "Zirə" klubunu 800 manat məbləğində cərimələyib.

"Report"un məlumatına görə, buna səbəb qəsəbə təmsilçisinin 7 oyunçusunun "Səbail"ə qarşı keçirdikləri 1/4 fional mərhələsinin cavab matçında sarı vərəqə ilə cəzalanmasıdır.

Qurum "Neftçi"ni də eyni məbləğdə cəzalandırıb. Paytaxt klubunun 4 oyunçusu "Sumqayıt"la cavab görüşündə sarı vərəqə alıb.

Qeyd edək ki, "Zirə" "Səbail"lə görüşün əlavə vaxtında qol vuraraq, 1:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. "Neftçi" isə "Sumqayıt"la səfər matçında qolsuz heç-heçə edib. Ev oyununda flaqman 0:1 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.

Paylaş
Xəbər lentİ