İngiltərə klubu ərəblərə satıldı

Oxunma sayı: 550
3-01-2020, 21:21

İngiltərə klubu ərəblərə satıldı
İngiltərənin "Çarlton" klubunun yeni sahibi müəyyənləşib.

Goal.az xəbər verir ki, hazırda Çempionşipdə mübarizə aparan klubun sahibi Rolan Dyşatele "Çarlton"u ərəblərə satıb.

Klubun yeni sahibi Birləşmiş Ərəb Əmirliklərinə məxsus "East Street Investments" şirkəti olub.

Qeyd edək ki, sözügedən komanda hazırda Çempionşipdə 25 oyuna topladığı 28 xalla 19-cu pillədə qərarlaşıb.

Paylaş
Xəbər lentİ