İbrahimoviç oynadı - "Milan" heç-heçə etdi

Oxunma sayı: 517
6-01-2020, 23:00

İbrahimoviç oynadı - "Milan" heç-heçə etdi
“Milan”ın yeni transferi Zlatan İbrahimoviç bu gün A Seriyasının 18-ci turunda “Sampdoriya” ilə keçirilən görüşdə meydana çıxıb.

Arasdırma.info xəbər verir ki, 38 yaşlı hücumçu görüşə ehtiyatda başlayan isveçli hücumçu 55-ci dəqiqədə meydana daxil olub.

Matç qolsuz bərabərliklə başa çatıb. Bu, İbrahimoviçin kluba ikinci qayıdışından sonra debüt oyunu olub.

Qeyd edək ki, İbrahimoviç ötən ay "Milan"la bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Əlavə edək ki, "Milan" hazırda 22 xalla 11-ci pillədə qərarlaşıb.Telaqraf.com

Paylaş
Xəbər lentİ