“Tokio 2020” Olimpiadasının məşəl estafetinə mart ayında start veriləcək

Oxunma sayı: 512
10-01-2020, 16:11

“Tokio 2020” Olimpiadasının məşəl estafetinə mart ayında start veriləcək
Yaponiyada keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının məşəl estafetinə martın 12-də start veriləcək.

AZƏRTAC Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytına istinadla xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin Lozannada keçirilən illik hesabat yığıncağında bildirilib.

Olimpiadanın vətəni olan Yunanıstanda alovlandırılacaq məşəli ümumilikdə, 10 min nəfər daşıyacaq. Estafet martın 26-da Fukusimadan davam edəcək və 121 gün ərzində Yaponiyanın bütün 47 prefekturasını gəzəcək.

Xatırladaq ki, “Tokio 2020” Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Paylaş
Xəbər lentİ