5 qat dünya çempionu Ehram Məcidovun işi yüngülləşdi.

Oxunma sayı: 629
12-02-2020, 15:31

5 qat dünya çempionu Ehram Məcidovun işi yüngülləşdi.
Ali Məhkəmədə kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən kassasiya şikayətinə baxılıb.

Arasdırma.info “Report”a istinadən xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Məcidovun cəzası 6 il 6 aydan 3 ilə endirilib.

Qeyd edək ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-cu il təvəllüdlü Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokurorun protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dəyişərək 6 il 6 ay azadlıqdan məhrumetmə təyin etmişdi.

"Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu E.Məcidov qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinib.

Paylaş
Xəbər lentİ