Azərbaycan klubunda "zəlzələ" - Baş məşqçi və futbolçular qovuldu

Oxunma sayı: 590
26-07-2020, 23:31

Azərbaycan klubunda "zəlzələ" - Baş məşqçi və futbolçular qovuldu
Qusarı Həvəskarlar Liqasında təmsil edən "Şahdağ"da kütləvi ayrılıqlar yaşanır.

Arasdırma.info xəbər verir ki,Sport7.az-ın redaksiyasına etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, sponsorlar baş məşqçi Kamran Əlibabayevi yola salıb. Onunla yanaşı bütün futbolçular "Şahdağ"dan göndərilib.

Rəhbərlik qarşıya qoyulan hədəflərin yerinə yetirilmədiyini qərarın səbəbi kimi göstərib. Yola salınanların hər birinə müqavilədə nəzərdə tutulan maaşlar ödənilib. Artıq gələn mövsüm üçün planlar cızılır və yeni komanda qurulmasına hazırlıq görülür.

Gələn mövsüm "Şahdağ Qusar" daha iddialı çıxış etməyi planlaşdırır.

Paylaş
Xəbər lentİ