"Sabah" "Neftçi"ni darmadağın etdi

Oxunma sayı: 955
5-08-2020, 04:34

"Sabah" "Neftçi"ni darmadağın etdi
Qəbələdə təlim-məşq toplanışında olan "Neftçi” və "Sabah” bu gün sınaq matçı keçiriblər.

Arasdırma.info xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən və 7 qolun qeydə alındığı oyunda "Sabah” sevinən tərəf olub.

Bu, hər iki komandanın Qəbələdəki üçüncü yoxlama görüşü olub. "Sabah” bundan əvvəl "Qarabağ”a 2:1, "Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. "Neftçi” isə "Sumqayıt”ı yenib (3:0), "Qarabağ"a uduzub (0:1).

Yoxlama oyunu
4 avqust

Neftçi - Sabah 2:5
Qollar: Stiven Monroz, 3. İsmayıl Züıfüqarlı, 82 - Təmkin Xəlilzadə, 2. Ramil Şeydayev, 44. Abdulla Haybullayev, 64. Camal Cəfərov, 70. Kevin Kubemba, 84.//Fanat.Az

Paylaş
Xəbər lentİ