"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar

Oxunma sayı: 1 089
6-08-2020, 03:54

"Mançester Yunayted" və "İnter"Avropa Liqasının 1/4 finalına çıxıblar
İtaliyanın "İnter" futbol klubu Avropa Liqasının 1/8 final mərhələsində İspaniyanın "Hetafe" komandasını 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Arasdırma.info xəbər verir ki. qolları Romelu Lukaku (33-cü dəqiqə) və Kristian Eriksen (83) vurublar.

Növbəti turda "İnter" "Reynjers" (Şotlandiya) - "Bayer" (Almaniya) oyununun qalibi ilə görüşəcək. İlk görüş "Bayer"in 3:1 hesabla qələbəsi ilə başa çatıb.

İngiltərənin "Mançester Yunayted" klubu 1/8 final mərhələsində Cessi Linqard və Antoni Marsialin qolları sayəsində Avstriyanın "LASK"ını 2:1 hesabı ilə məğlub edib. Növbəti turda ingilislər Danimarkanın "Kopenhagen"i ilə oynayacaq.

Xatırladaq ki, 1/4 final oyunları 10-11 avqustda, yarımfinal 16 Avqustda, final oyunu isə 21 avqustda Kölndə keçiriləcək.//trend

Paylaş
Xəbər lentİ