"Bavariya" finalda - YENİLƏNDİ

Oxunma sayı: 841
20-08-2020, 01:28

"Bavariya" finalda - YENİLƏNDİ
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Sport7.az xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya çempionu "Bavariya" ilə "Lion" üz-üzə gəlib. Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçirilən qarşılaşmada Bundesliqa təmsilçisi fransızları 3:0 hesablı məğlubiyyətə uğratmaqla finala adını yazdırıb.

Münhenlilər finalda Fransa çempionu PSJ ilə görüşəcək.

Çempionlar Liqası

Yarımfinal

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya) 0:3
(Serj Qnabri, 18, 33, Robert Levandovski, 88)

Portuqaliya, Lissabon. "Eştadiu Joze Alvalade" stadionu

Paylaş
Xəbər lentİ