"Qarabağ" İsraildə minimal hesabla məğlub oldu

Oxunma sayı: 354
22-10-2020, 22:19

"Qarabağ" İsraildə minimal hesabla məğlub oldu
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində 1-ci turun oyunları keçirilib. Azərbaycanı Avropa Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandası yer aldığı İ qrupunda ilk tur çərçivəsində İsraildə “Makkabi”nin (Təl-Əviv) qonağı olub.
Arasdırma.info xəbər verir ki,oyun İsrail klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 10-cu dəqiqədə Yonatan Qohen vurub. Bu qrupun digər oyununda isə “Sivasspor”la (Türkiyə) “Vilyarreal” (İspaniya) üz-üzə gəlib. İspaniyada keçirilən qarşılaşmada “Vilyarreal” rəqibini 5:3 hesabı ilə məğlub edib. Avropa Liqasında 2-ci turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” bu dəfə “Vilyarreal”la qarşılaşacaq.

Paylaş
Xəbər lentİ