Bakıdakı final üçün nə qədər bilet satılıb?

Oxunma sayı: 680
27-05-2019, 20:30

Bakıdakı final üçün nə qədər bilet satılıb?
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa 52 mindən artıq bilet satılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla Trend-ə bildirib.

F.Abdulla bildirib ki, paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.

"Biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil".

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda“Çelsi” ilə “Arsenal” komandaları arasında keçiriləcək.(Axar.az)

Paylaş
Xəbər lentİ