Arasdirma.info

Pendir sexi saxtakarlığa görə bağlanıb.

20-08-2019, 03:02

Pendir sexi saxtakarlığa görə bağlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2578-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasif Əlibəy oğluna məxsus süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub.
Arasdırma.info xəbər verir ki,AQTA-dan Lent.az -a verilən məlumata görə, müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib.
Antisanitar şəraitdə fəaliyyət göstərən sexdə “Lerik” əmtəə nişanlı süd və süd məhsullarının istehsal edildiyi aşkar olunub. Həmin məhsulların etiketində təbii inək südü qeyd olunsa da, məhsulların istehsalında faktiki quru süddən istifadə edilərək istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisədə məhsulların istehsalında bitki tərkibli “Sun 23” marqarin yağı və E 235 “Natamisin” (antibiotik) qida əlavəsindən istifadə olunduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı aşkarlanıb.
Aşkarlanan nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN