”Unibank”da nə baş verir? - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 488
6-01-2020, 22:49

”Unibank”da nə baş verir? - RƏSMİ AÇIQLAMA
Bu gün "Unibank” müştəriləri xoşagəlməz halla qarşılaşıb. 365.Az xəbər verir ki, bir çox müştərinin balansından pul çıxılıb.

Bu haqda sosial şəbəkələrdə geniş müzakirələr açılıb.

Unibank problemlə bağlı açıqlama yayıb.

Arasdırma.info həmin açıqlamanı təqdim edir:

"Hörmətli müştərilər!

Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.

Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız”.Azxeber.com

Paylaş
Xəbər lentİ