Yüz manat ver, avtomobil gətirim... Alan yox, satan da belə satır l

Oxunma sayı: 510
15-07-2020, 03:50

Yüz manat ver, avtomobil gətirim... Alan yox, satan da belə satır l
"İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlaşma baş verib”.

Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi avtomobil bazarına da öz mənfi təsirini göstərib. Bu gün avtomobil bazarında ciddi durğunluq müşahidə edilir. Heç kim avtomobil almağa çalışmır, satışlar dayanıb. Mütəxəssislərin fikrincə, avtomobil almaq istəyənlər bu dönəmdən istifadə edə bilərlər. Çünki avtomobillərin qiyməti də kəskin şəkildə düşüb.


Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında avtomobil bazarında durğunluq müşahidə edildiyini təsdiq edib.

"Bu gün pandemiya ilə əlaqədar sözün birbaşa və dolayı anlamında bazar bağlıdır. Ancaq sərt karantin rejimi elan edilməyən bəzi yerlərdə bazarlar açıqdır. Bu bazarlarda isə qiymət artımı müşahidə edilir", – deyən ekspert vurğulayıb ki, alıcılıq qabiliyyəti olmadığı üçün qiymətin ucuzlaşdığı müşahidə edilir.

E.Muradlı bildirir ki, ikinci əl bazarı ilə bərabər yeni avtomobil bazarında da ucuzlaşma müşahidə olunur. Bu ucuzlaşma özünü hətta tanınmış avtomobillərin qiymətində də göstərir. "İlin əvvəlindən bu günə qədər avtomobillərin qiymətində 10-15 min manata qədər ucuzlşama baş verib”.

Onun sözlərinə görə, bu gün internet resurslarında daha iri tutumlu, böyük mühərrik gücünə malik olan avtomobillər satışa qoyulub.

"Elə avtomobil elanları ilə də rastlaşırıq ki, ilin əvvəlindən satışa çıxarılsa da, bu günə qədər satılmayıb. Avtomobil satıcıları ilə söhbətlərdən də məlum olur ki, yanvar ayından etibarən 10-15 min manata satışa qoyulan avtomobillər hər ay 500 manata qədər ucuzlaşır, alıcı isə yoxdur. Avtomobilini təcili satışa çıxarıb satmaq istəyən olduqda isə dəllallar ortaya düşür. Avtomobili dəyərindən daha ucuza alırlar", – deyə E.Muradlı bildirib.
O qeyd edib ki, hazırda avtomobil bazarında dələduzlar peyda olublar. Belə ki, bu şəxslər internet resurslara avtomobil şəkilləri yerləşdirib, dəyərindən ucuz 5000-6000 min manata satdıqlarını qeyd edirlər: "Bu elanlarla maraqlanan insanlara isə yazırlar ki, avtomobilin gətirilməsi üçün 100-200 manat lazımdır. Avtomobili almaq istəyən də inanır, düşünür ki, ucuz avtomobil alıb. Pul ödəndikdən sonra isə həmin nömrəyə zəng çatmır. Artıq bu halların sayı artmağa başlayıb. Bu səbəbdən də alıcılar ucuz avtomobil gördükləri zaman sevinməməildirlər".//Sputnik


Paylaş
Xəbər lentİ