İşdən çıxan general vəzifəsinə qaytarıldı

Oxunma sayı: 616
11-02-2019, 19:59

İşdən çıxan general vəzifəsinə qaytarıldı
Vergilər Nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Arasdırma.info xəbər verir ki, bu barədə Unikal.org-a Əmanətlərin Sığortalanması Fondundan təsdiqləyiblər.

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir.

Xatırladaq ki, Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.

Paylaş
Xəbər lentİ