Arasdirma.info

Neftin qiymətində kəskin ucuzlaşma: Azərbaycan manatını nə gözləyir?

8-06-2019, 23:14

Neftin qiymətində kəskin ucuzlaşma: Azərbaycan manatını nə gözləyir?
İqtisadçı-ekspert: “Tramp administrasiyasının çoxsaylı ticarət savaşları dünya iqtisadiyyatını göründüyü kimi təzyiq altında saxlamaqda davam edir”


“Neft qiymətlərinin gözləntilərdən aşağı olması Azərbaycanda büdcə gəlirlərinin azalmasına, dolayısıyla ilin sonuna qədər kəskin devalvasiya ehtimalı olmasa da, manatın məzənnəsində müəyyən qədər ucuzlaşmaya səbəb ola bilər”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova neftin qiymətinin aşağı düşməsini və bunun Azərbaycan büdcəsinə təsirlərini PİA.a-a şərh edərkən qeyd edib.

Son günlər dünya birjalarında neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunmaqdadır. Belə ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar geriləyərək 62,56 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 53,29 dollar təşkil edib. Qeyd edək ki, bu gün ICE London qitələrarası birjasında Brent markalı neft 60,88 dollara satılıb. Buradan da aydın şəkildə görünür ki, “Brent” markalı neft son 4 gün ərzində 12 dollara yaxın ucuzlaşıb.

Xatırladaq ki, analitiklər dünya bazarlarında neftin bu cür kəskin ucuzlaşmasının ABŞ-ın makrostatistik göstəriciləri və qlobal ticarət riskləri ilə əlaqədar tələbatın kəskin azala biləcəyi haqda narahatlıqlarla bağlı olduğunu düşünürlər. Çünki bazarda xarici ticarət risklərinin neftə olan tələbatı azaldacağına dair narahatlıqlar artır. Belə bir vaxtda ABŞ-dan neft ehtiyatlarının və hasilatının artması haqda xəbərlər gəlir. Bu isə neftin daha da ucuzlaşmasına gətirib çıxara bilər.



İnvestorlar isə Çinlə ABŞ arasında ticarət müharibəsini narahatıqla izləyirlər. Ona görə ki, bu müharibənin təsirləri ilə Çin iqtisadiyyatında geriləmə baş verə, nəticədə neftə tələbat azala bilər. O cümlədən, ABŞ prezidenti Donald Trampın miqrant axını dayanmasa Meksikaya qarşı ticarət embarqoları tətbiq etməklə hədələməsi investorları qorxudub.

Bilirik ki, 2019-cu-cu il Azərbaycan büdcəsində neftin qiyməti 61 dollar nəzərdə tutulub. Hazırda büdcənin formalaşması və icrası üçün hansısa təhlükə gözlənilirmi? Ümumiyyətlə neftin qiyməti 50 dollara qədər düşərsə, Azərbaycan iqtisadiyyatında nə baş verər və bu yeni devalvasiyaya yol aça bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.



Vüsalə Əhmədova: “Son iki həftə ərzində orta neft ehtiyatları zəif olan tələbat üzündən 5 milyon barelə yüksəlib”.

Hazırda diqqətlərin OPEC-in iyunun 25-də keçiriləcək toplantısına cəmləndiyini vurğulayan iqtisadçı-ekspert bildirib ki, hər kəs OPEC-in hasilatı azaldacağına böyük ümidlər bəsləyir:

“Son bir ay ərzində neft qiymətlərinə nəzər salsaq, WTI markalı neftin qiyməti 16%, Brent markalı neftin qiyməti isə 11% ucuzlaşıb. Hazırda dünya bazarında Brent markalı neft 62,56 dollardan, West Texas Intermediate isə 53,29 dollardan satılır. Hər iki marka neft bazarda aprel ayı ilə müqaisədə demək olar ki, 20% ucuz satılır. Hansı ki, bir çoxları ABŞ-ın İrana qarşı neft sanksiyalarının sərtləşdirildiyi elan edildikdən həmən sonra neft qiymətlərinin maksimum səviyyəyə yüksələcəyinə ümid edirdi.

Ancaq, Tramp Administrasiyasının çoxsaylı ticarət savaşları dünya iqtisadiyyatını göründüyü kimi təzyiq altında saxlamaqda davam edir. Ticarət savaşları bütün zamanlarda neft tələbatına mənfi təsir edən əsas faktordur. Bundan əlavə, yaz mövsümündə benzinə tələbat ənənəvi olaraq artır, ancaq hələ ki, dünya bazarında benzinə tələbatın da artdığı müşahidə edilmir.

Neftin qiymətində kəskin ucuzlaşma: Azərbaycan manatını nə gözləyir?

Son iki həftə ərzində orta neft ehtiyatları zəif olan tələbat üzündən 5 milyon barelə yüksəlib. Buna baxmayaraq bəzi müsbət tendensiyalar da nəzərə çarpır. Səudiyyə Ərəbistanı Energetika Naziri Xalid Əl-Falihin, OPEC və onun əsas müttəfiqi olan Rusiyanın təchizatı məhdudlaşdırmaqla bazarı balanslaşdırma cəhdlərində qətiyyətli olacaqlarına dair son müsahibəsi. Bundan əlavə, Meksika və Çin prezidentlərinin Donald Tramp ilə münaqişəni həll etmək üçün danışıqlar aparmağa və kompromislər axtarmağa hazır olduqlarını bəyan etmələri. O cümlədən, Fars körfəzində ABŞ rəhbərliyinin PKK / YPG ilə Əsəd rejimi arasında neft ticarətini dayandırmaq üçün üç Suriya neft tankerinə hücum etməsi. Həmçinin, Səudiyyə Ərəbistanının Asiyalı müştərilər üçün neft qiymətlərini yüksəltdiyi bildirilir ki, bu da tələbatın artdığını göstərir.

Vüsalə Əhmədova: “Səudiyyə Ərəbistanı öz büdcəsini maliyyələşdirmək üçün neftin barelinin 80-85 dollar arasında olmasını istəyir. Bu qiyməti qənaətbəxş saymaq olar, çünki qiymətlərin kəskin yüksəlməsi tələbi azalda bilər”.

Hazırda diqqətlər OPEC-in iyunun 25-də keçiriləcək toplantısına cəmlənib, hər kəs OPEC-in satışı dayandıracağına böyük ümidlər bəsləyir. Səudiyyə Ərəbistanı öz büdcəsini maliyyələşdirmək üçün neftin barelinin 80-85 dollar arasında olmasını istəyir. Bu qiyməti qənaətbəxş saymaq olar, çünki qiymətlərin kəskin yüksəlməsi tələbi azalda bilər. Rusiya isə əksinə, hasilatın azaldılmasının bazar payının itirilməsi ilə nəticələnə biləcəyini düşünür. Hansı ki, həmin bazar payını amerika istehsalçıları rahatlıqla ələ keçirə bilərlər. Rusiya iri şirkətləri qlobal neft bazarında sağlam rəqabətin təşviq edilməsi üçün hasilatın artırılmasından yanadırlar. Rusiyanın öz büdcəsini maliyyələşdirməsi üçün neftin barelinin 42 dollar olması onlara kifayət edir.
Neftin qiymətində kəskin ucuzlaşma: Azərbaycan manatını nə gözləyir?
2019-cu il üçün ölkəmizdə dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti hazırda 0,24 dollar bahalaşaraq 63,20 dollar təşkil edir. Neft qiymətlərinin göstəriləndən aşağı olması büdcə gəlirlərinin azalmasına, dolayısıyla il sonuna qədər kəskin devalvasiya ehtimalı olmasa da, manatın məzənnəsində müəyyən qədər ucuzlaşmaya səbəb ola bilər”.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN