Bu qəsəbəyə köçən şəxslərə pulsuz ev və 1000 avro verilir (FOTOLAR)

Oxunma sayı: 498
3-01-2020, 05:12

Bu qəsəbəyə köçən şəxslərə pulsuz ev və 1000 avro verilir (FOTOLAR)
Aralıq dənizinin ən böyük adası olan Siciliyanın Kammarata qəsəbəsində yaşamaq istəyən şəxslərə pulsuz ev verilir.

Arasdırma.info xəbər veri ki, yerli administrasiya əhalinin sayını artırmaq məqsədilə bu addımı atır. İtaliyada 1 avroya ev satan qəsəbələrin sayında artdığı vaxtda, Kammarata bələdiyyəsi insanları razı salmağa çalışsa da, köçün qarşısını ala bilmir. Bələdiyyə sədri Vinsenzo Qiambrone layihənin effektiv nəticə verəcəyini hesab etdiklərini bildirib. Bölgəyə əsasən gənc ailələrin cəlb edilməsi planlaşdırılır.

Siciliyanın tarixi qəsəbələrindən olan Kammaratada hazırda 6289 nəfər yaşayır. Sıx meşələri olan bölgə dəniz səviyyəsindən 1578 metr yüksəklikdə yerləşir. Buradakı binaların əksəriyyəti Orta əsrlərə aiddir. Ev sahibi olmaq üçün yeganə şərt isə burada daimi yaşamaqdır. Həmçinin köçən gənc və uşaqlı ailələrə 1000 avro təzminat da ödəniləcək.Qaynarinfo.
Bu qəsəbəyə köçən şəxslərə pulsuz ev və 1000 avro verilir (FOTOLAR)
Bu qəsəbəyə köçən şəxslərə pulsuz ev və 1000 avro verilir (FOTOLAR)
Bu qəsəbəyə köçən şəxslərə pulsuz ev və 1000 avro verilir (FOTOLAR)
Bu qəsəbəyə köçən şəxslərə pulsuz ev və 1000 avro verilir (FOTOLAR)

Paylaş
Xəbər lentİ