Altı inkişaf etmiş ölkədə koronavirusa yoluxmanın su samuru ilə əlaqəsi aşkarlandı

Oxunma sayı: 416
8-11-2020, 18:48

Altı inkişaf etmiş ölkədə koronavirusa yoluxmanın su samuru ilə əlaqəsi aşkarlandı
İspaniya, İtaliya, Niderland, ABŞ və İsveçrədə su samuru ferması ilə əlaqəli koronavirus infeksiyasına yoluxma müəyyən edilib.

Arasdırma.info bildirir ki, "İnterfaks" bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən xəbər yayıb.

Kopenhagendə koronavirusun belə bir mutasiyasının hər hansı bir peyvəndin effektivliyini poza biləcəyi deyilir.

Eyni zamanda, alimlər hesab edir ki, virusun mutasiyaları əksər hallarda heç bir zərər verməyən və insanlarda xəstəliyin daha ciddi gedişinə səbəb olmayan tipik hadisədir.

Xatırladaq ki, Danimarkadakı su samuru təsərrüfatlarında koronavirusun mutasiyası aşkar edilib, bu səbəbdən ölkənin şimal-şərqində xüsusi məhdudiyyətlər tətbiq olunub. (ölkə.az)

Paylaş
Xəbər lentİ