Azadlığa gedən yol.

Oxunma sayı: 879
17-03-2020, 23:00

Azadlığa gedən yol.


Şair publisist "Qızıl Qələm" mükafatı laureatı Ədalət Bədirxanlı "Azadlığa gedən yol" poemasına görə 17.02.2020-ci ildə BMT -ı tərəfindən "SÜLH SƏFİRİ" fəxri adına layiq görülmüş, Diplom və döş nişanı ilə təltif edilmişdir.
Şair Ədalət Bədirxanlının 45-ilə üzərində çalışdığı "Azadlığa gedən yol" poeması Azərbaycanda, Türkiyədə və eləcə də digər xarici ölkələrdə maraqla qarşılanmışdır.
BMT- nin məlum qaydalarına əsasən əsər ana dilindən əlavə olaraq Beynəlxalq dillərdən birinə tərcümə olunmalıdır.Bu baxımdan "Azadlığa gedən yol" poeması şair Fəxrəddin Orucov tərəfindən tam şəkildə rus dilinə tərcümə edilərək BMT - yə təqdim edilmişdir.

Xatırladırıq ki, bu əsərə görə Ədalət Bədirxanlı, eyni zamanda Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyası tərəfindən "NAZİM HİKMƏT" adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülüb. Şairi redaksiya adından təbrik edirik. Ona yeni - yeni yaradıçılıqlar arzulayırıq.


Azadlığa gedən yol.
Azadlığa gedən yol.
Azadlığa gedən yol.
Azadlığa gedən yol.
Azadlığa gedən yol.
Azadlığa gedən yol.
Azadlığa gedən yol.
Azad olmaq üçün göy üzünü almağa gərək yoxdur.


Ruhunuzu satmayın yetər." Nelson Rolihlahla Mandela

“Ən mükəmməl əsəri
Zaman özü yazacaq”.
Ədalət Bədirxanlı

AZADLIĞA
GEDƏN
YOL
(poema)

Proloq
Mən bir yol axtarıram -
Azadlığa gedən yol!
Bu yol haqqın yoludur -
Ya öl, ya da azad ol!
Mən bu yolla gedirəm,
Haray çəkib deyirəm:
-Dünyada insanlara
Azadlıq istəyirəm!
Aləmdə cəmiyyətə,
Hər yerdə həqiqətə,
Cahanda hürriyyətə
Azadlıq istəyirəm!
Bəşəri düşünürəm,
Dünyaya səslənirəm,
Bir vətəndaş olaraq
Danışmaq istəyirəm:

-Azadlıq istəyirəm!
Azadlıq istəyirəm!..
AZADLIĞA GEDƏN YOL
poemasından son səhifə:

Müəllifdən:
Ey oxucum yəqin et,
Tarixi sən yazmısan.
Tarixin zor kökündə
Oyunu yazmamısan.
Müstəqil bu gedişdə
Xalq şahidi olmusan.
Yalan yoxdu bu işdə
Bəlkə əl də atmısan.
Əsər rəngli tablodur,
Rəngləri tam qarışıq.
Bu:-Azadlıq yoludur,
Sonu da bir nur, işıq.
Günahkarla, sərsəmi
Zaman islah edəcək.
Tək-tək mücahidlərı
Gənnət özü seçəcək.
Hələ ki, məlum deyil,
Zurnanı kim çalacaq.
Ən mükəmməl əsəri
Zaman özü yazacaq.
***
Deyimlərdə siz bunu
Hər an yaşadarsınız.
Mən canlı şahidiyəm,
Yazdım, oxuyasınız!..
* * * * * *
Müəlif:
Ədalət Bədirxanlı

Paylaş
Xəbər lentİ