Azərbaycanın fəxri

Oxunma sayı: 883
9-02-2019, 07:25

Azərbaycanın fəxri
Azərbaycan Kütləvi İnformasiya Vasitələri Vasitələri İşçiləri Həmkrlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə Respublikanın əməkdar artisti,aktyor Azad Şükürov"Azərbaycanın fəxri"ali media mükafatına layiq görülüb.
2 gündən sonra 11 fevralda Əməkdar atrist,xalğın sevimli aktyorlarından biri Azad Şükürovun ad günüdür.Onun 60 illik yubileyi qeyd olunur.
Azad Hətəm oğlu Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində - Rza Təhmasibin kursunda təhsil alıb (1977-1981).

Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981-1984).

Daha sonra Tədris Teatrında (1984-1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990-1992) çalışıb.

1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır. 2003-cü ildə İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Əməkdar artistdir

Paylaş
Xəbər lentİ