Leonardo da Vinçinin oğurlanan əsəri tapılıb

Oxunma sayı: 352
19-01-2021, 16:54

Leonardo da Vinçinin oğurlanan əsəri tapılıb
İtaliyada dünya şöhrətli rəssam Leonardo da Vinçinin bir neçə il əvvəl Müqəddəs Dominik Neapolitan Bazilikasından oğurlanan “Dünyanın xilaskarı” adlı rəsm əsəri tapılıb.

Arasdırma.info xəbər verir ki, italyan rəssamın ən bahalı əsərlərindən biri olan tablo 2019-cu ildə Neapol şəhərində oğurlanmışdı.

“Dünyanın xilaskarı” oğurlandığı yerin yaxınlığındakı şəxsi evdə tapılsa da, 36 yaşlı ev sahibinin cinayətdə iştirak etməsi sübuta yetirilməyib.

Hazırda polis oğruları axtarır. Ehtimallara görə, XV əsrə aid olduğu bildirilən rəsm əsərinin xarici ölkələrə satılması planlaşdırılıb. Lakin koronavirus pandemiyası bu planları alt-üst edib.

Paylaş
Xəbər lentİ