Alim Qasımov BANM-də

Oxunma sayı: 805
6-03-2017, 11:50

Alim Qasımov BANM-də



Bakı Ali Neft Məktəbində (BANM) dünya şöhrətli tanınmış muğam ifaçısı, “Şöhrət” ordenli Azərbaycanın xalq artisti Alim Qasımovun Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq görüşü keçirilib.

arasdirma.info xəbər verir ki, görüşdə A. Qasımovla birlikdə ailə üzvləri və yaradıcı kollektivi də iştirak ediblər. Görüş görkəmli muğam ustasının həyat və yaradıcılığına həsr olunmuş video çarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov A. Qasımovu Ali Məktəbdə salamlayaraq ona təklifi qəbul edib gəldiyi üçün öz təşəkkürünü bildirib.

“Alim Qasımov Azərbaycan muğamının, milli musiqi mədəniyyətinin fəxridir” deyən rektor E.Qasımov görkəmli ustadı ABŞ-ın Geogetown Universiteti və İordaniyada yerləşən İslami Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olduğunu da nəzərə çatdırıb.

A. Qasımov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirib. O, öz gənclik və tələbəlik illərindən, bir müğənni kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, dünyada azərbaycan muğamının tanıdılması sahəsində görülən işlərdən, səhnə arxası rast gəldiyi maraqlı hadisələrdən danışıb.

Sonra A. Qasımov və qızı Fərqanə Qasımova onları müşayiət edən ansamblın iştirakı ilə muğamlardan və xalq mahnılarından parçalar ifa ediblər.

Tədbirin sonunda E. Qasımov maraqlı və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirib və ona xatirə hədiyyəsini təqdim edib.

Alim Qasımov BANM-də

Alim Qasımov BANM-də

Alim Qasımov BANM-də

Paylaş
Xəbər lentİ