Paşinyandan SENSASİON AÇIQLAMA: “Arazdəyən-Ordubad-Meğri-Horadiz dəmir yolu tikilməlidir…”

Oxunma sayı: 34
23-11-2021, 04:16

Paşinyandan SENSASİON AÇIQLAMA: “Arazdəyən-Ordubad-Meğri-Horadiz dəmir yolu tikilməlidir…”
“Əminliklə demək olar ki, erməni tərəfinin təsəvvürü belədir ki, Azərbaycan Ermənistanın suveren yolları ilə Naxçıvanla, Ermənistan isə öz növbəsində Azərbaycan ərazisi vasitəsilə İran və Rusiya ilə əlaqə saxlamalıdır. “Azərbaycanın Naxçıvanla əlaqəsi olacaq” deyəndə biz deyirik ki, Azərbaycanın Türkiyə ilə də əlaqəsi olacaq. Başqa sözlə, biz yalnız daxili kommunikasiyalardan danışa bilmərik, biz həm də beynəlxalq kommunikasiya mövzusu ilə məşğul oluruq ki, tezliklə qərarlara gələ bilək”.

Arasdırma.info xəbər verir ki, bu fikirləri baş nazir N.Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində üçtərəfli komissiyanın işinin yekunları barədə danışarkən ifadə edib.

Baş nazir əlavə edib ki, işçi qrup bütün mümkün marşrutları hazırlayıb və öyrənib: İcevan-Qazax, Berd-Tovuz, Angeqakot-Biçənək, Horadiz-Arazdəyən, Horadiz-Meğri-Ordubad-Arazdəyən. “Və biz hesab edirik ki, Yerasx(Arazdəyən-S.L.)-Ordubad-Meğri-Horadiz dəmir yolu tikilməlidir. Ermənistan öz ərazisində, Azərbaycan öz ərazisində… “İşçi qrup bütün marşrutları, o cümlədən Rusiyaya çıxış marşrutlarını masaya qoyub və indi biz müzakirələr yolu ilə bu marşrutlar üzrə razılığa gəlməliyik”, – deyə Paşinyan bildirib.Moderator

Paylaş
Xəbər lentİ