“Ziyalıların günəbaxan və turşu reklamına çəkilməsi yolverilməzdir...” -Ekspert...

Oxunma sayı: 1 801
1-05-2020, 17:03

“Ziyalıların günəbaxan və turşu reklamına çəkilməsi yolverilməzdir...” -Ekspert...
“Ümumiyyətlə, turşular insan səhhəti üçün zərərlidir. Onu da evdə primitiv şəraitdə hazırlamaq bir ailəni məhv edə bilər”

Arasdırma.info xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspert insanların səhhətlərini qorumaq üçün sənaye üsulu ilə hazırlanan malları almalarını məsləhət görüb:

“Azərbaycanda mətbəx mədəniyyətində böyük bir mədəniyyətsizlik var. Bu da ondan ibarətdir ki, evlərdə turşu bağlayırlar və bu isə yolverilməzdir. İllərdir ki, Azərbaycanda bu ənənə davam edir. Ümumiyyətlə, turşular insan səhhəti üçün zərərlidir. Onu da evdə primitiv şəraitdə hazırlamaq bir ailəni məhv edə bilər. Çünki ən təhlükəli bakteriyalar torpaqda olur və onu da gətirib turşuya çevirib yemək zərərlidir. Əgər insanların ürəyi istəyirsə, sənaye istehsalı olan mallara üstünlük versinlər. Bir sözlə, ümumilikdə konservləşdirilmiş mallar insan səhhəti üçün zərərli qidalardır”.

Qurum sədri bildirib ki, onlar bu dəfə dondurulmuş toyuqlarla bağlı reyd keçirməyi planlaşdırırlar:

“Bizim qurum yaxın müddətdə insanların dondurulmuş mallardan mümkün qədər uzaq olmaq məsələsini qaldıracaq. Dondurulmuş və xaricdən gətirilən toyuq ətləri insan səhhəti üçün təhlükəlidir. Heç kim bilmir ki, bu cür toyuq ətləri neçə dəfə dondurulub. Konsrevləşdirilmiş və dondurulmuş mallardan insanlar uzaq olmalıdır. Quşçuluq borylerləri bazara təzə dondurulmamış mal çıxarmalıdır və insanlar da buna üstünlük verməlidir”.

Ekspert ziyalılarımızın bu cür malların reklamına çəkilməsinin isə doğru olmadığını bildirib:
“Baş infeksionist Cəlal İsayevin “Bizim tarla” məhsullarının reklamına çəkilməsini isə düzgün hesab etmirəm. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Tibb Universitetinin dosenti Rəşid Mahmudov da günəbaxan tumlarının reklamına çəkilmişdi. Ziyalıların bu cür reklam çarxlarına çəkilməsi yolverilməzdir. R.Mahmudovdan sora C.İsayevin turşu reklamına çəkilməsi məncə artıq təəccüblü deyil”.

Paylaş
Xəbər lentİ