Bu rayonda ölkənin ən uzun asma körpüsü inşa edildi - VİDEO

Oxunma sayı: 394
19-02-2021, 22:18

Bu rayonda ölkənin ən uzun asma körpüsü inşa edildi - VİDEO
Azərbaycanda yeni asma körpü inşa edilir.

Arasdırma.info xəbər verir ki, bu ilin yanvar ayından Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Layihəyə 2021-ci ilin yanvar ayında start verilib. Hazırda körpüdə zəminbərkitmə, beton və svya işləri aparılır.

Layihəyə əsasən, Ağsu rayonu ərazisində Azərbaycanda ən uzun asma körpü inşa ediləcək. Uzunluğu 600 metr olan asman körpünun 350 metr hissəsi dayaqlı olacaq. Körpü Ağsu çayının üzərində salınacaq.

Qeyd edək ki, layihənin 2022-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub.//hit.az


Paylaş
Xəbər lentİ