Azərbaycandan Gürcüstana gedən çinli turistlərdə koronavirus aşkar edilməyib - YENİLƏNİB

Oxunma sayı: 550
31-01-2020, 01:15

Azərbaycandan Gürcüstana gedən çinli turistlərdə koronavirus aşkar edilməyib - YENİLƏNİB
Azərbaycandan Gürcüstana səyahət edən çinli turistlərdə koronavirus aşkar edilməyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.



Onun sözlərinə görə, müayinə zamanı hər iki uşaqda “A” tipli qrip virusu aşkarlanıb.

***

Saat 15:39

Gürcüstanın Kazbegi rayonunda bir qrup çinli turist təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasına gətirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Elmi Şurasının sədri Paata İmnadze məlumat verib.

O bildirib ki, buna turistlərin arasında iki azyaşlıda yüksək hərarətin olması səbəb olub: “Çinli turistlər koronavirusun yayıldığı Uhan vilayətindən 1300 km uzaqlıqda yerləşən bölgədən gəliblər və bu bölgədə virusa rast gəlinməyib”.

P. İmnadze qeyd edib ki, həmin şəxslər müvafiq qaydada müayinədən keçiriləcək və yoxlanılacaqlar.

O, koronavirus ehtimalının olmadığını, bununla belə qaydalara müvafiq olaraq həmin şəxslərin izolyasiya ediləcəklərini vurğulayıb.

Çinli turistlərin yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gəldiyi bildirilir.

Bununla yanaşı, Azərbaycandan Gürcüstana gedən daha bir Çin vətəndaşı kəskin respirator simptomlarla Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına müraciət edib. ABu barədə xəstəxananın direktoru Tengiz Tsertsvadze məlumat verib. Bildirib ki, 24 yaşlı şəxs xəstəxananın təcrid edilmiş bir bölümündə müayinə edilir və müvafiq yoxlamalar aparılır.

Paylaş
Xəbər lentİ