Bayden Putinin “qırmızı xətt”ini tanımadığını dedi

Oxunma sayı: 246
4-12-2021, 23:32

Bayden Putinin “qırmızı xətt”ini tanımadığını dedi
Arasdırma.info Hurriyyet.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraya ilə bağlı “qırmızı xətt”ini tanımadığını bildirib. Ağ evin başçısı deyib: “Mən heç kimin “qırmızı xətt”ini tanımıram”.

Jurnalistin Rusiyanın Ukraynaya təcavüz eləməsinin qarşısını almağın necə mümkün olacağı sualının cavabında Bayden Putin ilə uzunmüddətli danışıq aparacağına inamını bildirib: “Biz Rusiyanın fəaliyyətini çoxdan bilirik və aramızda uzunmüddətli söhbət olacağını gözləyirəm”.

Ukrayna ilə bağlı “qırmızı cizgiləri”nin olması barəsində Putin bu həftə “Rusiya çağırır” forumundakı çıxışında deyib. Onun sözlərinə görə, Moskva üçün bu “qırmızı xətt” qonşu ölkəlrin ərazilərində silahların yerləşdirilməsi və dövlət təhlükəsizliyi üçün digər təhdidlərdir. RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova isə qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya üçün “qırmızı xətt” olacaq.

Hazırda Moskva ilə Vaşinqton arasında iki ölkənin prezidentlərinin videokörpü formatında danışığının planlaşdırılması məsələsi müzakirə olunur.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, müzakirə mövzuları strateji sabitlik, Əfqanıstan, İran, Liviya və Ukraynadakı vəziyyət olacaq.

Qeyd edək ki, son zamanlarda Qərb mediasında Rusiyanın Ukraynaya hərbi müdaxilə eləməyə hazırlaşdığı barəsində iddialar irəli sürülür.

Paylaş
Xəbər lentİ