Azərbaycanda bu NAZİRLİK LƏĞV EDİLDİ - FƏRMAN

Oxunma sayı: 436
8-01-2020, 02:41

Azərbaycanda bu NAZİRLİK LƏĞV EDİLDİ - FƏRMAN
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Fərman imzalayıb.

Arasdırma.info xəbər verir ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilib.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələlər həll olunmalıdır.Publika.az

Paylaş
Xəbər lentİ