Hər şeyi qurban verməyə hazıram, təki... - İlham Rəhimov

Oxunma sayı: 399
13-01-2020, 18:03

Hər şeyi qurban verməyə hazıram, təki... - İlham Rəhimov
Rusiya vətəndaşı olmaq imkanlarım çoxdur, amma Azərbaycanı çox sevirəm və ona görə də buranın vətəndaşıyam. Yeri gəlmişkən, bir çox insanların Rusiya vətəndaşlığı almasına mən kömək etmişəm.

Arasdırma.info Kult.aza istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov News24.az-a geniş müsahibəsində deyib. İ.Rəhimov bildirib ki, Rusiyada ona vəzifə təklif edilsə də, qəbul etməyib:

“Vətəndaşlığa görə qəbul etməmişəm. Bu, faktdır! Mənə belə təkliflər 1999-cu ildə olub. O vaxt buna razılıq vermək olardı. Həm də çox böyük vəzifələr idi, amma bir fakta görə etiraz elədim. Mənə təklif olunan dövlət məmurluğu görəvi üçün Rusiya vətəndaşlığı şərt idi”.

Uşaqlıq illəri haqda da danışan professor bunları deyib:

“Tovuz mənim üçün yurd-yuvadır. 7 yaşıma qədər orda yaşamışam. Uşaqlığımsa Qarabağda keçib, Bərdədə yaşamışıq, orta məktəbə də orda getmişəm. Çox vaxt o illər yadıma düşür... O illər çox gözəl idi. Tam səmimi deyirəm, hər şeyi qurban verməyə hazıram, təki o vaxta qayıda biləydim. Məktəb illərim, uşaqlıq dostlarım... İndi o dostlarımın əksəriyyətini işə götürmüşəm, yanımdadılar. Həmin dövr həyatımın ən xoşbəxt illəridir”.

İ.Rəhimov tələbəlik dövründən də söhbət açıb:

“70-ci ildə Leninqrad Dövlət Universtetinin Hüquq fakültəsində təhsil alan yeganə azərbaycanlı mən idim. Qafqaz millətindən ayrı nümayəndə yox idi. Bu faktın özü üzərimə ikiqat məsuliyyət qoyurdu. Bütün kənd, rayon, qohum-əqrəba bilirdi ki, filankəsin uşağı Leninqradda hüquq fakültəsində oxuyur. Bu həm prestij, həm də çox böyük məsuliyyət idi.

Məktəbdə, eləcə də universitetdə oxuyan vaxtdan bir şeyi fikirləşirdim – özümü təsdiq etmək. Məqsədim bu idi. Bugünə qədərki həyatımda özümü təsdiq etmək istəyim hər zaman uğurlu olub. Hesab edirəm ki, özünü təsdiq etməyi qarşısına məqsəd qoyan insan mütləq nailiyyət qazanacaq”.

Paylaş
Xəbər lentİ