Vilayət Eyvazov idarə və şöbəni ləğv etdi

Oxunma sayı: 364
3-03-2020, 21:34

Vilayət Eyvazov idarə və şöbəni ləğv etdi
Azərbaycanın Daxili İşlər Nazirliyində dəyişiklik olub.

Arasdırma.infonun məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.
Həmin qurumların əməkdaşları da DİN-in digər şöbələrində işlə təmin ediliblər.

Paylaş
Xəbər lentİ