Azərbaycanda yüksək vəzifəli general-mayor İŞDƏN ÇIXARILDI - FOTO

Oxunma sayı: 377
10-04-2020, 11:08

Azərbaycanda yüksək vəzifəli general-mayor İŞDƏN ÇIXARILDI - FOTO
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov vəzifəsindən azad olunub.

Bu barədə F.Cavadov özü bildirib.



O qeyd edib ki, aprelin 2-də öz istəyi ilə işdən azad olunması üçün ərizə verib: "İşdən öz istəyimlə getmək istədiyimi bildirdim. Getməyimdə isə heç bir səbəb yoxdur. Mən 24 ildir ki, bu sahədə işləmişəm. Hazırda ədliyyə sistemində də qalıram".

F.Cavadov deyib ki, onun tutduğu vəzifəyə hazırda Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərova həvalə edilib. (report)
Azərbaycanda yüksək vəzifəli general-mayor İŞDƏN ÇIXARILDI - FOTO

Paylaş
Xəbər lentİ