Respublika Baş DYP-də yeni kadr dəyişikliyi.

Oxunma sayı: 451
12-04-2020, 13:42

Respublika Baş DYP-də yeni kadr dəyişikliyi.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova yeni müavin təyin edib.

YPX.AZ xəbər verir ki, Vilayət Eyvazovun müvafiq əmri ilə, polis polkovniki Fuad Mayılov DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri təyin edilib.

Fuad Mayılov bundan öncə Sumqayıt qeydiyyat imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Təyinatı YPX.AZ-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev təstiqləyib.

Qeyd edək ki, bundan öncə DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri vəzifəsini icra edən Balakişi Əhmədov, nazirin müvafiq əmri ilə yaş həddinə görə təqaüdə göndərilmişdi.
Категория

Paylaş
Xəbər lentİ