MEHTİYEVLƏ MİRZƏZADƏNİ BİRLƏŞDİRƏN TELLƏR

Oxunma sayı: 481
11-07-2020, 12:49

MEHTİYEVLƏ MİRZƏZADƏNİ BİRLƏŞDİRƏN TELLƏR
Aydın Mirzəzadənin Mehdiyevlə bağlı mediyaya açıqlaması gözlənilməz hadisə olaraq siyasi gündəmi zəbt etdi. Dövlətin və Əliyevlər hakimiyyətinin möhkəmlənməsində onun danılmaz əməyi və zəhməti olunduğunu israrla əsaslandırması gündəmə yeni dartışmaları, yeni toqquşan mövqeləri gətirdi.

Lakin bir danılmaz həqiqətdir vardır ki, ölkədə sosial-siyasi durumun kövrəkliyi həmişə Ramiz Mehdiyevin maraq dairəsində olub. Belə vəziyyətlərdə onun təsiretmə imkanları üçün qol-qanadı daha geniş açılırdı.

Gərginləşən müzakirələrə müəlliflik edən Mirzəzadənin belə bir addım atmasını öz şəxsi düşüncəsinin və Ramiz Mehdiyevə olan sevgi, məhəbbətinin nəticəsi qismində idrak etmək çətin görünür.

Gəlin razılaşaq ki, Aydın Mirzəzadə sadəlövh adam deyil. Onu mən suyu üfürə-üfürə içən YAP-çı kimi tanıyıram. Və onu da bilirəm ki, prezident aparatında sektor müdiri işlədiyi illərdə Aydın Mirzəzadəyə Mehdiyevin himayədarlığı az olmayıb. Onun parlamentdə təmsil olunmasının və rəhbərlikdən bunun icazəsinin alınmasının ilk təşəbbüskarı Ramiz Mehdiyev olmuşdur. Bəlkə əvəzi ödənilir? Əgər doğrudan, bu müdafiəni özbaşına, şəxsi qərarına görə edibsə, vəziyyətinin ağır olacağı şübhəsizdir. Mehdiyevin məlum bəyanatına təlimat əsasında siyasi dəstək veribsə, ondan ciddi cavabın istəniləcəyi qaçılmazdır.

Burada başqa bir mühüm məqamın diqqətə alınmasını vacib sayıram. Mirzəzadə YAP-da məsul bir şöbəyə rəhbərlik edir. Bu mənada partiyadan heç olmazsa hər hansı bir əməkdaşın məsələyə aydınlıq gətirməsi ictimai rəydə özünə yer alan və oyun kimi qəbul edilən yanaşmaların qarşısını kəsər. Niyə susur, niyə bir kəlmə ilə baş alıb gedən bu hadisəyə aydınlıq gətirilmir? Baş açmaq olmur.
MEHTİYEVLƏ MİRZƏZADƏNİ BİRLƏŞDİRƏN TELLƏR

Paylaş
Xəbər lentİ