Elmar Məmmədyarovun fatihəsi verildi

Oxunma sayı: 371
16-07-2020, 03:20

Elmar Məmmədyarovun fatihəsi verildi

Ölkə başçısı İlham Əliyev bu gün Nazirlər Kabinetinin virtual iclasında çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarovu "vurub". O, Tovuz istiqamətində döyüşlərin getdiyi bu günlərdə XİN rəhbərini yerində tapa bilmədiyini deyib:

"Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de...
Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim".//Azadlıq

Paylaş
Xəbər lentİ