Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.
Müdafiə Nazirliyindən Cahantv.az-a verilən məlumata görə, görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan – Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan – Azərbaycan münaqişəsi barədə danışıb, bu problemin həllində Pakistanının Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda da dəstəkləməsinə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, terrorizmə qarşı mübarizədə əməkdaşlığın, Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70