SON DƏQİQƏ: Putin Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırdı

Oxunma sayı: 323
8-10-2020, 23:56

SON DƏQİQƏ: Putin Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırdı
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.
Arasdırma.info report-a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır.

Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib.

Paylaş
Xəbər lentİ