Bitmə tarixi elan edilməyən “Humanitar Atəşkəs”

Oxunma sayı: 325
10-10-2020, 05:28

Bitmə tarixi elan edilməyən “Humanitar Atəşkəs”

Məlumat verdiyimiz kimi Rusiyanın paytaxtı Moskvada, Rusiya Xarici İşlər Nazirliyində (XİN) bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyanın iştirakı ilə keçirilən üçtərəfli görüş bir neçə saat öncə başa çatıb.

Arasdırma.info NOCOMMENT.aza istinadən xəbər verir ki, 10 saatdan çox davam edən görüşdə Humanitar Atəşkəsin əldə edilməsi ilə bağlı razılıq əldə edilib.Əslində isə bu razılıqdan daha çox, razılığa təhrik etmə və ya məcbur etmə də hesab oluna bilər və bu da gözlənilən idi.

Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq qəbul edilən Bəyanatda Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən “Humanitar Atəşkəs”in tarixi və saatı bəyan edilsə də bu atəşkəsin bitmə tarixi elan edilmədi.

Bununla yanaşı bu proses 30 ilə yaxın bu danışıqları uzadan ATƏT-in Minsk Qrupuna həvalə olunur. Atəşkəs rejiminin razılaşdırılacaq konkret əlavə parametrləri isə gedişata uyğun olaraq bildiriləcək.

Qeyd edək ki, Rusiya və Ermənistan mətbuatı bu razılığı “Humanitar Atəşkəs” deyil, məhz ATƏŞKƏS kimi qeyd edir.

Görəsən qardaş Türkiyənin buna reaksiyası necə olacaq? Hadisələrin gedişatına diqtəni davam etdirmək və bu atəşkəsdən mümkün qədər xeyirlə çıxmaq Azərbaycan üçün əsas prioritetlərdən biridir.

Hesab edirik Azərbaycan prezidenti bu məsələni tam nəzarətində saxlayacaq və qeyd etdiyi kimi bütün işğal olunmuş torpaqları geri qaytaracağıq.
Bitmə tarixi elan edilməyən “Humanitar Atəşkəs”

Paylaş
Xəbər lentİ