"Laçın dəhlizindən istifadə üçün Azərbaycandan icazə alınmalıdır"

Oxunma sayı: 304
15-01-2021, 15:23

"Laçın dəhlizindən istifadə üçün Azərbaycandan icazə alınmalıdır"

"Laçın dəhlizindən istifadə üçün Azərbaycandan icazə alınmalıdır"
Arasdırma.info Azadlıq qəzetinə istinadən xəbər verir ki, Çavuşoğludan Qarabağla bağlı mühüm açıqlama gündəmə gəlib.
Türkiyə Laçın dəhlizindən istifadə üçün Azərbaycandan icazə alınmasını istəyir və Rusiyanı Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair ayrıca anlaşma imzalamağa razı salmağa çalışır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdarkən verdiyi müsahibədə deyib.
"Biz ayrıca olaraq Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı təşviq edirik...
Rusiya hərbçilərinin sayının anlaşmada göstəriləndən artıq olması barədə Azərbaycandan bir şikayət gəlmədi. Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Əslində, buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansı bir status-kov müəyyənləşsə, bu, yenə Azərbaycanın sərhədləri daxilində olacaq. Buna görə Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır. “Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”, - deyə Çavuşoğlu bildirib.
Türkiyə əsgərlərinin Qarabağda yerləşməsi barədə suala cavabında Ağdamda qurulacaq Müşahidə Mərkəzində 60 nəfərlik heyətlə və eyni sayda Rusiya hərbçilərilə birlikdə olacaqlarını xatırladan Çavuşoğlu Ankaranın gələcəkdə Azərbaycanla ikitərəfli hərbi anlaşmaya ümid etdiyinə də işarə vurub: "Gələcəkdə Azərbaycanla ikitərəfli anlaşma bağlayıb, lazım olan dəstəyi hər zaman verə bilərik".

Paylaş
Xəbər lentİ