Mehriban Əliyevadan əməkdar artistə hədiyyə

Oxunma sayı: 491
25-09-2019, 04:53

Mehriban Əliyevadan əməkdar artistə hədiyyə
Ölkənin Birinci Vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Şəlalə Quliyevaya mənzil hədiyyə edib.

Arasdırma.info xəbər verir ki, əməkdar artist bu barədə İnstaqram hesabında məlumat yayıb.

Ş.Quliyeva göstərdiyi diqqətə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib:

"Göstərdiyi diqqətə və qayğıya görə, məni ikiotaqlı mənzillə təmin etdiyi üçün Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemim olan evsizlik problemimi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə..."

Paylaş
Xəbər lentİ