Bakıda küləyin sürəti 33 m/s-yə, Xəzərdə dalğanın hündürlüyü 4,6 metrə çatıb - FAKTİKİ HAVA

Oxunma sayı: 461
7-10-2019, 17:37

Bakıda küləyin sürəti 33 m/s-yə, Xəzərdə dalğanın hündürlüyü 4,6 metrə çatıb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraitini açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, saat 17:00-a olan məlumata əsasən, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.

Dalğanın hündürlüyü 4,6 metrə çatıb. Şabran, Quba, Qusarda isə yağış yağıb.

Paylaş
Xəbər lentİ