Müəllimlərə və tələbələrə ŞAD XƏBƏR: 2020-ci ildə ...

Oxunma sayı: 524
21-10-2019, 09:32

Müəllimlərə və tələbələrə ŞAD XƏBƏR: 2020-ci ildə ...
“2020-ci ildə müəllimlərin əmək haqqında, tələbələrin təqaüdlərində çox ciddi artım olacaq”.
Bu barədə Lent.az -a təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, bunu dövlət büdcəsindən son 5 il ərzində təhsilə ayrılan vəsaitin həcmindəki böyük artımdan açıq şəkildə görmək olar:

“2020-ci il dövlət büdcəsində təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq. Bu vəsait 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur.
2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard 280 milyon manat, 2018-ci ildə 2.043.989.508 manat, 2017-ci ildə isə 1.859.499.497 manat olub.
Bundan başqa, 2016-cı ildə dövlət büdcəsindən təhsil sahəsinə 1 713,5 milyon manat, 2015-ci ildə isə 1 711,2 milyon manat vəsait ayrılıb”.

Paylaş
Xəbər lentİ