Market və supermarketlərin iş rejimi dəyişir? - Rəsmi

Oxunma sayı: 410
13-03-2020, 22:36

Market və supermarketlərin iş rejimi dəyişir? - Rəsmi
Sosial şəbəkələrdə və Votsap ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejimində ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır.
Arasdırma.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumatda qeyd edilib ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq.

Yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.

Paylaş
Xəbər lentİ