Çimərliklərdə növbə tutmaq üçün yeni icazə sistemi hazırlanır

Oxunma sayı: 640
13-06-2020, 06:01

Çimərliklərdə növbə tutmaq üçün yeni icazə sistemi hazırlanır
Çimərliklərdə növbənin tənzimlənməsi üçün "ASAN xidmət" və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeni sistem qurulur”.

Arasdırma.info xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

"Çimərliklərlə bağlı növbə tutmaq üçün yeni sistem hazırlanır. Vətəndaş getmək istədiyi çimərliyi qabaqcadan seçməklə növbəsini tutacaq. Bununla da çimərliyin qəbul edə biləcəyi sayda insana icazə veriləcək. Əgər çimərlik dolarsa, buna icazə verilməyəcək. Sistem Bakı Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi çimərliklərin siyahısı əsasında fəaliyyət göstərəcək", - o bildirib."Report"

Paylaş
Xəbər lentİ